<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Kimsəsiz idim, dayaq oldun Sən İL472</title>
<lyrics>[V1]
 Kimsəsiz idim, dayaq oldun Sən
 Atılmış idim, tənha qoymadın.
 Dərdli günlərimdə dərdimi bildin,
 Heç zaman məni Sən tərk etmədin.

[C1]
   İnanıram, inanıram gəlişinə mən.
   İnanıram, Atam, inanıram, Tanrım,
   İnanıram Sənin gəlişinə.

[V2]
 Səbr edirsən Sən, möhlət verirsən
 Yolunu azan hər bir insana.
 Tövbə etmək üçün fürsət verirsən,
 Çıxarırsan Sən zülmət içindən.</lyrics>
<hymn_number>472</hymn_number>
</song>